“Neftçi” futbol klubu Özbəkistanın “Nasaf” klubu ilə qarşılaşıb
Bakının “Neftçi” futbol klubu Antalya təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Komandamız Özbəkistanın “Nasaf” klubu ilə qarşılaşıb.

“Bellis Deluxe” otelinin meydançasında keçirilən görüşdə “Neftçi” komandası 0:1 hesabı ilə məğlub olub. Çoxsaylı hücumları boşa vermiş komandamız 82-ci dəqiqədə qapısında qol görüb.

Qeyd edək ki, hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununda yerli “Sivasspor” komandası ilə qarşılaşan Bakı təmsilçisi meydandan qolsuz bərabərliklə ayrılmışdı.

Xəbər 653 dəfə oxundu.