Voleybol üzrə U-18 millimiz Rusiya, Portuqaliya və Rumıniya yığmaları ilə qarşılaşacaq
Bu gün voleybol üzrə gənc qızlardan ibarət Azərbaycan millisi (U-18) Rumıniyaya yola düşüb.

Avropa çempionatının II seçmə mərhələsində iştirak edəcək qızlarımız “E” qrupunda mübarizə aparacaqlar.

Yanvarın 12-dən 15-dək keçiriləcək yarışda millimizin rəqibləri Rusiya, Rumıniya və Portuqaliya milliləri olacaq.

Qızlarımız yanvarın 13-də Rusiya, bir gün sonra Portuqaliya, yanvarın 15-də isə Rumıniya yığması ilə qarşılaşacaqlar.

Qrupda birinci yeri tutan komanda aprelin 1-9-da Hollandiyada keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.

Xəbər 572 dəfə oxundu.