Çempionlar Liqası: “Azərreyl” komandası “Fənərbağça”nın qonağı olacaq
Bu gün Bakının qadınlardan ibarət “Azərreyl” voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində ikinci oyununu keçirəcək.

Bakı təmsilçisi İstanbulda Burhan Felek Voleybol Salonunda yerli “Fənərbağça” komandasının qonağı olacaq. Qarşılaşmanın baş hakimi bolqarıstanlı İvaylo İvanov olacaq. Ona italiyalı Simone Santi kömək edəcək.
Bakı təmsilçisi Çempionlar Liqasının “C” qrupunda ilk oyununu doğma meydanda Polşanın “Dabrova Qornitsa” komandasına qarşı keçirib və 3:1 hesabı ilə qalib gəlib.

Xəbər 799 dəfə oxundu.