Modriç beşinci dəfə Xorvatiyanın ən yaxşı futbolçusu adına layıq görülüb
Xorvatiyada 2016-cı ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Madridin “Real” klubunun yarımmüdafiəçisi Luka Modriç yenə bütün rəqiblərindən üstün olub.

O, ekspertlər və sabiq futbolçuların iştirak etdiyi sorğuda rekord səs toplayıb. Xorvatiya millisinin üzvü 110 səs yığmaqla, 2004-cü ildə Dado Prşonun qazandığı rekord göstəricini təkrarlayıb.

“Bu mükafata layiq görüldüyüm üçün çox şadam. 2007-ci ildə ilk dəfə bu uğuru qazananda heç təsəvvür etməzdim ki, buna 5-ci dəfə imza atım”, - deyə L.Modriç əlavə edib.

Xəbər 726 dəfə oxundu.