Milli komandalarımızın baş məşqçilərinin adına aydınlıq gəlib
Boks üzrə digər milli komandalarımızın baş məşqçilərinin adına aydınlıq gəlib.

Əsas yığmamızın ardınca aşağı yaş qrupları üzrə komandalarımızın da baş məşqçiləri müəyyənləşib.

Belə ki, Nəriman Abdullayev millidəki fəaliyyətini davam etdirəcək. Təcrübəli mütəxəssis komandada yenə böyük məşqçi funksiyasını yerinə yetirəcək.

Gənclərdən ibarət yığmamız Vaqif Şirinova həvalə edilib. Yeniyetmə boksçularımızı isə yenə Vaqif Kazımov hazırlayacaq.

Kişilərdən ibarət komandamızda olduğu kimi qadınlardan ibarət millimizdə də dəyişiklik rəsmiləşib. Yığmamız son Avropa çempionatında olduğu kimi Elbrus Rzayevin rəhbərliyi altında hazırlıq keçəcək.

Qeyd edək ki, kişilərdən ibarət əsas yığmamız Leonid Layinskiyə tapşırılıb.

Xəbər 698 dəfə oxundu.