Rahid Əmirquliyevdən uğur
Unibank Premyer Liqasının XXII turunun “Sumqayıt”la səfər oyunu Rahid Əmirquliyev üçün əlamətdar olub. İdman.com.az saytının məlumatına görə, “Xəzər Lənkəran”ın kapitanı 177-ci dəfə “ağ-yaşıl” formada meydana çıxmaqla, klub tarixində yeni rekord müəyyənləşdirib. Bu matçadək Alim Qurbanovla şərikli lider olan Rahid artıq komanda yoldaşını arxada qoyub.

O, bu matçların 135-ni Azərbaycan çempionatı, 28-ni kubok, 6-nı “Birlik kuboku”, 8-ni isə avrokuboklarda keçirib. Əmirquliyev yeni rekord müəyyənləşdirdiyi oyunda məhsuldarlıq seriyasının qırılması ilə barışıb.

Belə ki, son 3 oyunda meydanı qolsuz tərk etməyən yarımmüdafiəçi bu dəfə komanda yoldaşlarının fərqlənməsi üçün əlindən gələni edib.
Qeyd edək ki, Rahid XVIII turun “Bakı”, XX turun AZAL, XXI turun “Qəbələ” ilə görüşlərində qol vurmuşdu.

Xəbər 1005 dəfə oxundu.