“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ilə “ASAN Radio” arasında əməkdaşlıq memorandumu imzalanıb | |
Yanvarın 10-da Formula-1 Azərbaycan Qran-prisinin təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) ilə “ASAN Radio” arasında informasiya və digər sahələrdə əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumu BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai və “ASAN Radio”nun direktoru Emin Musəvi imzalayıblar. |
|
Xəbər 646 dəfə oxundu. |
|
|