Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnir davam edir
FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnir davam edir.

Milli komandamızın da çıxış etdiyi C qrupunda növbəti oyun keçirilib.

Qrupun digər görüşündə Slovakiya və Qazaxıstan yığmaları üz-üzə gəliblər. Matç qolsuz bərarərliklə başa çatıb.

Qeyd edək ki, millimiz qrupdakı ilk oyununda Litvaya 1:2 hesabı ilə uduzub. Təbriz Həsənovun komandası növbəti oyununu yanvarın 11-də Qazaxıstana qarşı keçirəcək.

Xəbər 952 dəfə oxundu.