Sergey Yuran “Simurq”dan istefa verdi
Sergey Yuran “Simurq”un baş məşqçi postundan istefa verib.
İdman.com.az saytının məlumatına görə, bu haqda klubun icraçı-direktoru Vaqif Əliyev məlumat verib. O bildirib ki, ötən yay komandaya dəvət olunan 43 yaşlı rusiyalı çalışdırıcı öz istəyi ilə ayrılıb: “Ötən turda “Kəpəz”ə səfərdə məğlubiyyətdən sonra klubdaxili iclasımız oldu. Onda prezidentimizlə baş məşqçi arasında söhbət olub.

Yuran istefa verib və bu, qəbul olunub. Yəni onun gedişi qarşılıqlı razılıqla olub və cari mövsümün sonunadək olan müqaviləsinə xitam verilib. Artıq əşyalarını yığan Yuran Zaqataladan Bakıya yollanıb”.
Qeyd edək ki, Yuranın ilk “altılığ”a çıxara bilmədiyi “Simurq” hazırda 9-cu pillədə qərarlaşıb.

Xəbər 1174 dəfə oxundu.