Çempionlar Liqası: “Telekom” komandası “Ximik”ə qarşı
Bu gün Bakının qadınlardan ibarət “Telekom” voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində ikinci oyununu keçirəcək.

Bakı təmsilçisi “Sərhədçi” Olimpiya İdman Mərkəzində Polşanın “Ximik” komandasını qəbul edəcək. Görüşün baş hakimi lixtenşteynli Filipe Şürmann olacaq. Ona rumıniyalı həmkarı Paul Katalin Szabo-Aleksi kömək edəcək.

Bakı təmsilçisi Çempionlar Liqasının “A” qrupunda ilk oyununu səfərdə İtaliyanın “Konegliano” komandasına qarşı keçirib və 0:3 hesabı ilə məğlub olub.

Xəbər 671 dəfə oxundu.