Aşqabad Qapalı və Döyüş Sənəti Oyunlarına ev sahibliyi edəcək
Ötən il noyabrın 26-27-də Aşqabadda BMT-nin dəstəyi ilə “Davamlı nəqliyyat sistemi” mövzusunda keçirilən birinci qlobal konfransda nəqliyyatın bütün növlərinə dair müzakirələr təşkil olunub.

Bu barədə Türkmənistanın Azərbaycandakı səfirliyində keçirilən mətbuat konfransında səfirliyin birinci katibi Batır Rəcəbov məlumat verib.

Bildirilib ki, nəqliyyat sektoruna aid öhdəliklər və tövsiyələr qlobal konfransın yekunlarına dair Aşqabad bəyanatının müddəalarında öz əksini tapıb.

Brifinqdə Türkmənistanın paytaxtı Aşqabadda sentyabrın 17-27-də daha bir beynəlxalq tədbirin - Qapalı və Döyüş Sənəti Oyunlarının keçiriləcəyi açıqlanıb.

Xəbər 664 dəfə oxundu.