“Lokomotiv” belçikalı voleybolçu ilə gücləndi
Bakının “Lokomotiv” klubu heyətini daha bir voleybolçu ilə gücləndirib. İdman.com.az saytının məlumatına görə, Çellenc kubokunun yarımfinalına yüksələn “dəmiryolçular”, Belçika millisinin hücumçusu Helen Rousseauxu rənglərinə bağlayıb. Bu günlərdə Polşanın “Lodz” klubundan ayrılan 21 yaşlı voleybolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, 188 sm boya malik Helen 2009-2011-ci illərdə İsveçrənin “Volero” klubunun şərəfini qoruyub. O, bu komanda ilə ölkə çempionluğunu və kubokunu qazanıb.

Xəbər 1025 dəfə oxundu.