TVF Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə bağlı qərarını açıqlayıb
Türkiyə Voleybol Federasiyası (TVF) Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə bağlı qərarını açıqlayıb.

TVF kişi komandalarının yarışına əsas yığmanı buraxmayacaq.

Belə ki, 2017-ci illə bağlı planını açıqlayan TVF A millisinin proqramının sıxlığı və digər yarışlarla bu oyunların tarixlərinin üst-üstə düşməsi səbəbindən onları Bakıya göndərməyəcək. Əvəzində federasiya İslamiadaya U-23 yığması ilə qatılmağı planlaşdırır.

TVF qadın komandası ilə bağlı yekun qərarı isə bugünlərdə açıqlayacaq.

Qeyd edək ki, İslamiada mayın 12-21-də keçiriləcək.

Xəbər 596 dəfə oxundu.