Eltac Səfərli Bazeldə beynəlxalq turnirin qalibi olub
Azərbaycan şahmatçısı Eltac Səfərli Bazel şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub.

AZƏRTAC xəbər verir ki, E.Səfərli 9 turun nəticələrinə görə 7 xal toplayaraq birinci yeri tutub. Son turda o, həmyerlisi Nicat Abbasovla heç-heçə oynayıb. Şahmatçımız çinli Cin Şi Bay və fransalı Kristian Bauerlə eyni xal toplasa da əlavə göstəricilərə görə qalib elan olunub.

Yanvarın 2-8-də keçirilən Beynəlxalq Şahmat Festivalına 107 şahmatçı qatılıb. Azərbaycanı, həmçinin Nicat Abbasov və Vüqar Əsədli təmsil ediblər.

Xəbər 598 dəfə oxundu.