Robert Levandovski Çin klubunun rekord məbləğdə təklifini rədd edib
Münxenin “Bavariya” futbol komandasının hücumçusu Robert Levandovski adı çəkilməyən Çin klubunun rekord məbləğdə təklifini rədd edib.

Bu barədə forvardın agenti Sezar Kuxarski Polşanın “Sportowe Fakty” saytına məlumat verib. O bildirib ki, Çin klublarından biri R. Levandovskiyə illik 40 milyon avro qazanacağı müqavilə təklif edib. Ancaq polşalı futbolçu təklifi müsbət cavablandırmayıb.

2014-cü ildən Münxen təmsilçisinin heyətində çıxış edən Levandovski bu günlərdə “Bavariya” ilə müqavilə müddətini 2021-ci ilədək uzadıb.

Xəbər 716 dəfə oxundu.