“Səbail” futbol klubu Qazaxıstan və Macarıstan komandaları ilə qarşılaşacaq
Birinci divizion təmsilçisi “Səbail” futbol klubunun qış təlim-məşq toplanışı davam edir.

Bakıda hazırlıq keçən komanda yanvarın 10-da MOİK, iki gün sonra isə “Neftçi”nin əvəzedici heyəti ilə yoxlama oyununda meydana çıxacaq.

Hazırlıq prosesinin ikinci hissəsinə yanvarın 14-də Antalyada başlayacaq Bakı təmsilçisi üç yoxlama oyununda gücünü sınayacaq. “Səbail” komandası yanvarın 19-da Qazaxıstanın “Kiran”, bir həftə sonra isə Macarıstanın “Seqed” klubları ilə üz-üzə gələcək. Yanvarın 24-də keçiriləcək yoxlama oyunundakı rəqib isə hələ müəyyənləşməyib.

Xəbər 785 dəfə oxundu.