Ueyn Runi “Mançester Yunayted” klubunun tarixində ən məhsuldar futbolçu olub
2004-cü ildən “Mançester Yunayted” klubunda forma geyən hücumçu Ueyn Runi yeni rekord müəyyənləşdirib.

Yanvarın 7-də ölkə kubokunun 1/32 final mərhələsində “Redinq” komandasının qapısına yol tapan Runi klub tarixində ən məhsuldar futbolçu ünvanına sahib olub. Bununla 31 yaşlı hücumçu “Qırmızı şeytanların” heyətində vurduğu qolların sayını 249-a çatdırıb.

Bu göstərici ilə o, 1954-1973-cü illərdə Mançester təmsilçisinin heyətində çıxış edən əfsanəvi Bobbi Çarltonun rekordunu yeniləyib.

Xəbər 801 dəfə oxundu.