"Sumqayıt" futbol klubu Türkiyədə 3 yoxlama oyunu keçirəcək
“Sumqayıt” futbol klubu Premyer Liqanın 3-cü dövrəsi üçün hazırlığını davam edir. Hazırlıq proqramı çərçivəsində məşqlər baş məşqçi Samir Abasovun rəhbərliyi ilə “Kapital Bank Arena”da keçirilir.

Komanda təlim-məşq toplanışının növbəti mərhələsini ötən mövsüm olduğu kimi Türkiyənin Antalya şəhərində keçirəcək. Belə ki, yanvarın 10-da dövrələrarası fasilədə hazırlığın birinci mərhələsini başa vuracaq "Sumqayıt" futbol klubu qardaş ölkəyə yola düşəcək.

"Sumqayıt" Antalyada "The Sense De Luxe" otelində məşkunlaşacaq. Komanda Türkiyədə olduğu müddətdə 3 yoxlama oyunu keçirəcək.

Xəbər 637 dəfə oxundu.