30-cu lisenziyanı Camal Rəhimov qazandı
Azərbaycan London Yay Olimpiya Oyunlarına 30-cu lisenziyanı qazanıb. İdman.com.az saytının məlumatına görə, bu uğura çapar Camal Rəhimov imza atıb. Belə ki, Beynəlxalq Atçılıq Federasiyası yanvarın 1-dən martın 1-dək elan etdiyi lisenziya xarakterli yarışlar başa çatıb. Qruplar üzrə keçirilən turnirlərdə ilk 2 yeri tutan idmançılar London-2012-də iştirak hüququna yiyələnib. Rəhimov «C» qrupunda mübarizə aparıb və birinci yeri tutub. Bunla da həmyerlimiz 2-ci dəfə olimpiada iştirak hüququna yiyələnib.


Xəbər 1424 dəfə oxundu.