Azərbaycanın üç qadın güləşçisi beynəlxalq reytinq cədvəlində ilk onluqda qərarlaşıb
Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən, 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.

Qadın pəhləvanların reytinq sıralamasında 7 güləşçimizin adı var. Onlardan 3-ü ilk onluğa daxildir.

Ən yüksək göstərici Olimpiya Oyunlarında 48 kiloqram çəkidə gümüş medal qazanan Mariya Stadnikə məxsusdur. Güləşçimiz reytinqdə də ikinci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçısı Nataliya Sinişin (53 kq) reytinqdə 4-cüdür. Olimpiadanı 5-ci sırada tamamlayan Yuliya Ratkeviç (58 kq) isə reytinqdə 6-cı pillədədir.

Xəbər 634 dəfə oxundu.