“Qarabağ” klubu millimizin hücumçusunu heyətinə qatıb
Ağdamın “Qarabağ” futbol klubu növbəti transferini gerçəkləşdirib.

Ağdam təmsilçisi “İnter”dən ayrılan milli komandamızın üzvü Ağabala Ramazanovu heyətinə qatıb. Futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.

İyirmi dörd yaşlı hücumçu daha əvvəl “Neftçi”, “Xəzər-Lənkəran”, “Sumqayıt” və “İnter” klublarının formasını geyinib. 2014-cü ildən milli komandamıza dəvət alan Ağabala Ramazanov 1 qolla yadda qalıb.

Ağabala Ramazanov “Qarabağ”ın Antalyada keçirilən təlim-məşq toplanışına qoşulub.

Xəbər 728 dəfə oxundu.