Bakının “İnter” klubu Rumıniya, Tacikistan və Rusiya komandaları ilə qarşılaşacaq
Yanvarın 12-də Bakının “İnter” futbol klubu Azərbaycan Premyer Liqasının ikinci hissəsinin hazırlığına Türkiyədə start verəcək.

Komandamız təlim-məşq toplanışı çərçivəsində 3 yoxlama matçı keçirməyi planlaşdırır.

Bakı təmsilçisi yanvarın 18-də “Botoşani” (Rumıniya), bir gün sonra “İstiqlol” (Tacikistan), yanvarın 21-də isə “Orenburq” (Rusiya) klubu ilə qarşılaşacaq.

Xəbər 725 dəfə oxundu.