Fərid həmvətəninə qalib gəldi
İranın Rəşt şəhərində keçirilən beynəlxalq «Xəzər Kuboku»nda bu gün 6-cı və 7-ci turların oyunları keçirilib. İdman.com.az saytının xəbərinə görə, 7-ci turda həmvətəni Zaur Məmmədova qalib gələn Fərid Abbasov 5,5 xalla 3-5-ci yerləri bölüşənlər sırasında qərarlaşıb. Misrəddin İsgəndərov və Eldar Musayev 5 xalla, müvafiq olaraq, 13 və 14-cü yerləri tuturlar. İrəlidə hərəyə 6 xalla rusiyalı Oleq Korneyev və iranlı Puya İdano gedir.

Xəbər 1007 dəfə oxundu.