Con Obi Mikel “Tyanzin Teda” klubu ilə anlaşıb
“Çelsi” daha bir futbolçusunu Çinə yola salıb.

Oskardan sonra indi də digər yarımmüdafiəçi Con Obi Mikel bu ölkəyə köçüb.

29 yaşlı futbolçu “Tyanzin Teda” klubu ilə anlaşıb. Nigeriyalı yeni klubunda tibbi müayinədən keçdikdən sonra 3 illik müqaviləyə imza atıb. Onun həftəlik məvacibi isə 165 min funt-sterlinq təşkil edəcək.

Qeyd edək ki, Con Obi Mikel “Çelsi”yə 2006-cı ildə “Lion”dan keçmişdi.

Xəbər 647 dəfə oxundu.