“Sumqayıt” Premyer Liqanın üçüncü dövrəsi üçün hazırlığa başlayıb
“Sumqayıt” futbol klubu 13 günlük istirahəti başa vuraraq Premyer Liqanın üçüncü dövrəsi üçün hazırlığa start verib.

Komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında 2017-ci ildə Sumqayıtda ilk məşqini keçirib. “Sumqayıt” ilk məşq günündə dəniz kənarında qaçışla kifayətlənib.

Komandanın üzvü Süleyman Əhmədov U-19 millisinin heyətində yer aldığı üçün hazırlıq prosesinə nisbətən gec qoşulacaq. Bundan başqa, baş məşqçi əvəzedici komandanın 3 futbolçusu - Xaliq İbrahimov, Ülvi Süleymanov və Tural Bayramlını əsas heyətə cəlb edib.

Xəbər 740 dəfə oxundu.