Ağdamın “Qarabağ” klubu Antalyada dörd yoxlama oyununda qüvvəsini sınayacaq
Ağdamın “Qarabağ” futbol klubu Antalyada qış təlim-məşq toplanışına start verib.

“Qarabağ” hazırlıq prosesi çərçivəsində dörd yoxlama oyunu keçirəcək.

Ağdam təmsilçisi yanvarın 15-də Albaniyanın "Şkenderbeu", üç gün sonra “Styaua”" (Rumıniya), yanvarın 22-də Qazaxıstanın “Atırau” və Polşanın “Termalitsa” klubları ilə qarşılaşacaq.

Xəbər 718 dəfə oxundu.