Antalyada təlim-məşq toplanışında iştirak edəcək hakimlərin siyahısı açıqlanıb
Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək hakimlərin siyahısı açıqlanıb.

Yanvarın 11-dən 25-dək baş tutacaq hazırlıqlarda 30 ədalət təmsilçisi iştirak edəcək.Topaz Premyer Liqasının oyunlarına təyinat alan 14 referi və 16 referi köməkçisi qonşu ölkəyə yollanacaq.

Bu referilər Əliyar Ağayev, Rəhim Həsənov, Ömər Paşayev, Rauf Cabbarov, Rəvan Həmzəzadə, Ramil Diniyev, İnqilab Məmmədov, Elvin Əsgərov, Orxan Məmmədov, Nahid Xasıyev, Kərim Kərimov, Ziya Nəsirov, Qorxmaz Eldarov və Emin Nağıbəyovdu.

Referi köməkçilərindən Yaşar Abbasov, Zeynal Zeynalov, Namiq Hüseynov, Rza Məmmədov, Vaqif Musayev, Mübariz Haşımov, Akif Əmirəli, Nahid Əliyev, Mehman Mahmudov. Rahil Ramazanov, Vüqar Bayramov, Coşqun Həsənov, Vüsal Qənbərov, Cavanşir Yusifov, Cəmil Quliyev və Elşad Abdullayev Antalyaya yollanacaq.

Xəbər 815 dəfə oxundu.