Dünya Qran-prisində Azərbaycanı əvəzləyəcək komandanın adı açıqlanıb
Qadın voleybolçular arasında keçiriləcək Dünya Qran-prisində Azərbaycanı əvəzləyəcək komandanın adı açıqlanıb.

Bu barədə Beynəlxalq Voleybol Federasiyası (FİBV) rəsmi məlumat yayıb.Beynəlxalq qurum ölkəmizin yarışdan imtinasından sonra boş qalan yeri Venesuelaya verib.

Qeyd edək ki, yığmamız Avropa Liqasının qalibi olmaqla, 9 il sonra vəsiqə qazandığı yarışdan təqvim sıxlığına görə imtina etmişdi.

Xəbər 662 dəfə oxundu.