"Neftçi İdman Klubu" İctimai Birliyinin atletləri 1150 medal qazanıblar
Ötən il ərzində "Neftçi İdman Klubu" İctimai Birliyinin atletləri 1150 medal qazanıblar.

Bu sözləri "Neftçi İdman Klubu" İctimai Birliyi idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov deyib.

S.Sadıqov bildirib ki, medallardan 422-si qızıl, 329-u gümüş, 399-u isə bürüncdür. Əldə etdiyi yüksək nailiyyətlərə görə klub Gənclər və İdman Nazirliyi tərəfindən "İlin ən yaxşı idman təşkilatı" adına layiq görülüb. Bütün bu göstəricilər "Neftçi İdman Klubu"nun ölkədə lider idman təşkilatı olmasını söyləməyə əsas verir.

"Klubun digər fəaliyyət istiqaməti olan peşəkar idmançıların hazırlığı sahəsində də çoxsaylı uğurlar əldə edilib. İdmançılarımız Olimpiya Oyunlarında, eləcə də müxtəlif səviyyəli beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edib və ölkəmizə medallarla dönüblər. Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında klubun yetirmələri böyük əzmkarlıq nümayiş etdirərək 5 medala sahib olublar", - deyə S.Sadıqov əlavə edib.

Xəbər 1676 dəfə oxundu.