Liderlərdən yarım xal məsafədə
İranın Rəşt şəhərində keçirilən beynəlxalq «Xəzər Kuboku»nda 6 tur geridə qalıb. İdman.com.az saytının xəbərinə görə, 5 xallı 4 lideri 4,5 xalla izləyən 9 şahmatçı arasında iki təmsilçimiz – Fərid Abbasov və Zaur Məmmədov da var. Ayaz Məmmədov, Talib Babayev, Misrəddin İsgəndərov və Nicat Agayev 4 xala malikdirlər.

Xəbər 1010 dəfə oxundu.