Bakıda “Yeni il və Həmrəylik” veloyürüşü keçirilib
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Azərbaycan Velosiped İdmanı Federasıyası, "Ladıes on Bıkes" xanımların həvəskar velosiped klubu, Azərbaycan Talassemiya Federasiyası (ATF) və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı, həmçinin "Velosport" mağazalarının dəstəyi ilə "Yeni il və həmrəylik” veloyürüşü keçirilib.

Veloyürüşə Azadlıq meydanından (Hökumət Evinin qarşısı) start verilib.

“Ağ Şəhər” bulvarınadək hərəkət edən iştirakçılar “Port Baku”nun qarşısında olan şam ağacının yaxınlığında yürüşü başa vurublar.

Yürüşün sonunda şam ağacının ətrafında Şaxta baba və Qar qız tərəfindən talassemiya və hemofiliyalı pasintlərə yeni il hədiyyələri təqdim olunub.

Xəbər 1120 dəfə oxundu.