Klubların 2016-cı il üçün daha bir reytinq siyahısı açıqlanıb
Klubların 2016-cı il üçün daha bir reytinq siyahısı açıqlanıb.

Futbol reytinqləri portalı Avropanın ən yaxşı 1000 klubunun cədvəlini tərtib edib.

Siyahıda ölkəmizin 5 klubu yer alıb. Ən yaxşı Azərbaycan təmsilçisi “Qarabağ” 1947,37 xalla qitənin 166-cı komandasıdı. 1792,44 xala malik “Qəbələ” isə 514-cü yerdədi. “İnter” 566-cıdı - 1775,13.

“Zirə” və “Kəpəz” də ilk “minliy”ə düşə bilib. Hesabında 1680,63 xal olan qəsəbə təmsilçisi 927-cidi. Onlardan 3,91 xal geridə olan gəncəlilər 942-cidi.

Qeyd edək ki, cədvələ hesabında 2468,68 xala malik “Bavariya” başçılıq edir.

Xəbər 862 dəfə oxundu.