Azərbaycanın dörd klubu beynəlxalq reytinq siyahısında yer alıb
Futbol klublarının 2016-cı il üçün son reytinq siyahısı müəyyənləşib.

Siyahıda Azərbaycanın dörd komandası yer alıb.

Klublarımızdan ən yaxşı nəticə “Qarabağ”a məxsusdur. Hesabında 1361 xal olan Ağdam təmsilçisi iki pillə irəliləyərək 479-cu yerə yüksəlib. “Qəbələ” komandası isə siyahıda 852 xalla 626-cıdır. Əyalət təmsilçisi də dörd pillə irəliləməyi bacarıb. “Kəpəz” 156 xalla 873-cü, “Neftçi” isə 103 xalla 917-ci pillədədir. Hər iki klubumuz mövqeyini dəyişməyib.

Reytinq siyahısına İspaniya klubları başçılıq edir. Belə ki, “Real Madrid” 16479 xalla siyahıda liderdir. “Barselona” 16423 xalla ikinci, “Atletiko Madrid” isə 13560 xalla üçüncüdür.

Xəbər 748 dəfə oxundu.