Elxan Məmmədov: «Səmədov istəsə, indi də Azərbaycan millisində oynaya bilər»
«Cihan Özqaranın Azərbaycan milli komandasında çıxış edəcəyinə inanıram». Bunu idman.com.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Onun sözünə görə, indi FİFA-da yeni qaydalar var və bu, futbolçunun istəyi ilə milli komandasını bir dəfə dəyişməyə imkan verir.

«FİFA-da yeni qaydalar çıxıb. Çoxu bundan xəbərsizdir. İndi istəlinən futbolçunun milli komandasını bir dəfə dəyişmək haqqı var. Bu üzdən, Cihan Özqara rahat seçim edə bilər. O ki qaldı Aleksadr Səmədova, o istəsə, indi də Azərbaycan yığmasında oynaya bilər».

KAMRAN

Xəbər 993 dəfə oxundu.