Azərbaycanlı hakim CEV tərəfindən yeni təyinat alıb
Azərbaycanlı hakim Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

Eldar Əliyev qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının qrup mərhələsi çərçivəsində keçiriləcək “Vakıfbank” (Türkiyə) - “Drezdner” (Almaniya) oyununun baş hakimi olacaq.

Gələn il yanvarın 25-də İstanbulda təşkil olunacaq oyunda E.Əliyevə fransalı Lyuk Kvest kömək edəcək.

Xəbər 658 dəfə oxundu.