AİJA 2016-nın laureatlarını elan edib

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası 2016-cı ilin idman laureatlarını elan edib. İdman mediası yaradıcı əməkdaşlarının peşəkar birliyi olan AİJA-nın prezidenti, əməkdar jurnalist Eldar İsmayılovun redaksiyamıza verdiyi məlimata görə, aşağıdakı şəxslər və təşkilatlar təşkilat tərəfindən ilin ən yaxşıları adına layiq görülüblər.

2016-CI İLİN İDMAN LAUREATLARI

İLİN İDMAN JURNALİSTİ

İdman qəzetləri üzrə Qabil Mehdiyev (“İdman”)
Futbol qəzetləri üzrə Mirağa Mirzəyev (“Futbol+”)
İdman jurnalları üzrə Kamal Rza (“Sportsman”)
İctimai-siyasi qəzetlər üzrə Rizvan Cəfərov “Azərbaycan”
Televiziya Rüstəm Əfsərli (CBC Sport)
İnformasiya agentlikləri üzrə Rövşən Əhlimanoğlu(Report)
İnternet portalları üzrə İbrahim Cəfərov (futbolxeber.az)


İLİN FOTOREPORTYORU

Qənbər Cəlilov AFFA

İLİN QƏZETİ

İdman qəzetləri arasında “Olimpiya dünyası”
Futbol qəzetləri arasında “Futbol+”
Rəsmi qəzetlər arasında “Azərbaycan”

İLİN İDMAN TELEKANALI

CBC Sport

İLİN İDMAN RADİOSU

Azərbaycan Radiosu

İLİN İDMAN MƏTBUAT XİDMƏTİ

Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

İLİN İNTERNET PORTALI

İdman saytları arasında “sportnet.az”
İnformasiya saytları arasında “trend.az”

İLİN İDMANI ƏN YAXŞI İŞIQLANDIRAN İNFORMASİYA AGENTLİYİ

AzərTac

İLİN İDMAN XADİMİ

Kəmaləddin Heydərov Azərbaycan Taekvondo Federasiyasının prezidenti

İLİN İDMAN TƏŞKİLATÇISI

Elman Rüstəmov - Azərbaycan Şahmat Federasiyasının prezidenti (şahmat olimpiadasının yüksək səviyyəli təşkili)


İLİN İDMANÇISI

(qadınlar)

1. Mariya Stadnik güləş, olimpiadanın gümüş mükafatçısı
2. Yelena Vıstropova boks, Avropa çempionu
3. İradə Əliyeva nizəatma, paralimpiadanın gümüş mükafatçısı

(kişilər)
1. Radik İsayev taekvondo, Olimpiya çempionu
2. Lorenso Sotomayor boks, olimpiadanın gümüş mükafatçısı
3. Rafael Ağayev karate, 5 dəfə dünya çempionu

İLİN KOMANDASI

1. Taekvondo milli komanda Dünya çempionu
2. Futzal üzrə milli komanda Dünya çempionatının 1/4 finalçısı
3. Futbol üzrə milli komanda DÇ-2018-in seçmə mərhələsində uğurlu start

İLİN MƏŞQÇİSİ

1. Reza Mehmandost Taekvondo üzrə milli komandanın baş məşqçisi
2. Qurban Qurbanov “Qarabağ” FK-nın baş məşqçisi
3. Robert Prosineçki Futbol üzrə milli komandanın baş məşqçisi

İLİN İDMAN HAKİMİ

Hicran Şərifov Güləş, Rio olimpiadasının hakimi

İLİN İDMAN AZARKEŞİ

Bəhram Bağırzadə

Xəbər 2478 dəfə oxundu.