Dodo: “Kollektiv olaraq çox məmnunuq”
Unibank Premyer Liqasının 22-ci turu çərçivəsində “Rəvan” kldubu üzərində qələbədə pay sahibi olan “Qəbələ”nin yarımmüdafiəçisi Dodo, artıq diqqətlərini “Kəpəz”lə görüşə yönəldib. İdman.com.az saytı xəbər verir ki, o, matçdan sonra bunları deyib: “Komandamız matça sürətli başladı və layiqli qələbə qazandı. Kollektiv olaraq çox məmnunuq.

İlk “altılığ”a belə böyükhesablı qələbə ilə vəsiqə qazanmaq gözəl oldu. Artıq “Kəpəz”lə oyuna köklənmişik. Qələbə seriyamızı davam etdirmək istəyirik. Hədəfimiz məlumdur: Avropaya vəsiqə qazanmalıyıq. Bu nəticəyə çatmaq üçün hər oyuna final matçı kimi çıxacağıq. Bizi güclü rəqiblərlə mübarizə gözləyir. Qarşımıza qoyulan tapşırığın öhdəsindən gələcəyimizə inanıram”.

Xəbər 1014 dəfə oxundu.