Yelizaveta Səmədova:Çempionlar Liqası yarışlarında uğurlu nəticə əldə edə bilərik
Çempionlar Liqası yarışlarında güclü rəqiblərlə bir qrupda yer almışıq. Növbəti oyunlarımızın gərgin idman mübarizəsi şəraitində keçəcəyini indidən demək olar.

Bu sözləri Bakının qadınlardan ibarət “Telekom” voleybol klubunun kapitanı Yelizaveta Səmədova deyib.

Voleybolçu bildirib ki, heyətdə güclü voleybolçular yer alıb. Biz öz gücümüzdən istifadə edib Çempionlar Liqası yarışlarında uğurlu nəticə əldə edə bilərik. Bunun üçün üzərimizdə çox çalışmalı və hər bir oyuna ciddi yanaşmalıyıq.

Bakı təmsilçisi Çempionlar Liqasının “A” qrupunda “Konegliano”, “Modena” (hər ikisi İtaliya) və “Ximik” (Polşa) komandaları ilə birgə yer alıb. Komandamız ilk oyununda “Konegliano”ya 0:3 hesabı ilə məğlub olub.

Xəbər 689 dəfə oxundu.