Dünyanın ən yaxşı idmançılarının adları açıqlanıb
Dünyanın ən yaxşı idmançılarının adları açıqlanıb.

Fransanın “L’EQUİPE” nəşrinin sorğusuna əsasən 2016-cı il Rio Yay Olimpiya Oyunlarının qalibləri planetin ən yaxşıları seçiliblər.

Belə ki, yamaykalı atlet Useyn Bolt ilin ən yaxşı kişi idmançısı nominasiyasında qalib olub. Xanım atletlərdən isə amerikalı gimnast Simon Biles hamını qabaqlayıb. Hər iki atletə “Çempionların çempionu” mükafatı veriləcək.

Xatırladaq ki, U.Bolt artıq beşinci dəfədir ki, bu titula yiyələnib. O, bundan əvvəl 2008, 2009, 2012 və 2015-ci illərdə də dünyanın ən yaxşısı seçilib.

Xəbər 762 dəfə oxundu.