“Qalib heyətdə yer aldığım üçün çox sevincliyəm”
Unibank Premyer Liqasının 22-ci turunda “Qəbələ” səfərdə “Rəvan” klubuna böyük hesabla qalib gəlib. İdman.com.az saytının məlumatına görə, bu qələbə ilə “qara-qırmızılar” ilk “altılığ”a vəsiqə qazananıb. Qarşılaşmada birinci dəfə start heyətdə meydançaya çıxan gənc Ürfan Abbasov üçün xüsusilə yaddaqalan olub. O, matçdan sonra klubun rəsmi portalına açıqlamasında bunları deyib:

“İlk dəqiqələrdə çox həyacanlı idim. Komanda yoldaşlarımın dəstəyi ilə dəqiqələr ötdükcə bu həyəcanı üzərimdən atmağı bacardım. Pis və ya yaxşı oynadığımı deyə bilmərəm. Bunu baş məşqçimiz və ətrafdan baxanlar söyləyə bilərlər. Qalib heyətdə yer aldığım üçün çox sevincliyəm. İndi bizi daha çətin və məsuliyyətli mərhələ gözləyir. İnanıram ki, kollektiv olaraq məqsədimizə nail olacağıq”.

Xəbər 879 dəfə oxundu.