Futzal üzrə Azərbaycan millisi beynəlxalq reytinq cədvəlində onuncu pillədə qərarlaşıb
Futzal üzrə milli komandaların cari il üçün sonuncu beynəlxalq reytinq siyahısı açıqlanıb.

İlk onluqda qərarlaşan komandaların mövqeyində dəyişiklik olmayıb. Hesabında 1915 xal olan Braziliya millisi reytinq cədvəlinə liderlik edir. İspaniya millisi 1891 xalla ikinci, Rusiya isə 1758 xalla üçüncü pillədə qərarlaşıb.

Azərbaycan millisi də mövqeyini qoruyub. Aktivində 1435 xal olan komandamız 10-cu pillədə yer alıb.

Xəbər 789 dəfə oxundu.