Lukaş Podolski Çinin “Guangzhou Evergrande” komandasının transfer marağına düşüb
Türkiyənin “Qalatasaray” futbol klubunun hücumçusu Lukaş Podolski Çinin “Guangzhou Evergrande” komandasının transfer marağına düşüb.

Bu barədə Almaniyanın “Sport bild” qəzeti məlumat yayıb. Məlum olub ki, Çinin çempion klubu 31 yaşlı almaniyalı forvard üçün “sarı qırmızılara” müəyyən məbləğ ödəməyi təklif edib.

Hazırda Podolskinin İstanbul təmsilçisi ilə müqavilə müddəti 2017/2018-ci il mövsümünün sonunadək nəzərdə tutulub.

Carı mövsümdə “Qalatasaray”ın heyətində bütün turnirlərdə 12 oyunda meydana çıxan Polşa əsilli futbolçu 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 853 dəfə oxundu.