Azərbaycanda Milli Antidopinq Agentliyinin rəhbəri bəlli oldu
Azərbaycan Milli Antidopinq Agentliyinin rəhbəri müəyyənləşib.

İlin yekunlarına həsr olunan mətbuat konfransında çıxış edən gənclər və idman naziri Azad Rəhimov yeni yaradılan təşkilatın ilk rəhbərinin kimliyinə aydınlıq gətirib. O, bildirib ki, agentliyin rəhbəri vəzifəsinə Şəfəq Hacıyeva təyin olunub.

Qeyd edək ki, o, əvvəllər Azərbaycan Güləş Federasiyasında fəaliyyət göstərib.

Xəbər 753 dəfə oxundu.