U-17 yenidən toplanır
Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası növbəti hazırlığa toplaşır. İdman.com.az saytının məlumatına görə, baş məşqçi Təbriz Həsənov martın 5-dən 9-dək Bakıda keçiriləcək toplanışa 23 futbolçu çağırıb. Bunlar Əli Həsənli, İbrahim Aslanlı, Vəzir Musayev (hər üçü - “Qəbələ”), Mahsun Qəmbərli, İlyas Səfərzadə (hər ikisi - “Xəzər Lənkəran”), Elman Mehdiyev (“Qarabağ”), Budaq Nəsirov (“Turan”), Etibar Süleymanov, Elton Xudadatov, Pərviz Qaraxanov, Ravil Məhəmmədov, Fəhmin Muradbəyli, Aqşin Qurbanlı (hamısı - “Neftçi”), Mənsur Nəhavəndi, Ülvi İbazadə (“İnter”), Cavid Əsgərov (“Kəpəz”), Təyyar Məmmədov, Əlimərdan Əlimərdanlı, Valeh Seyidov, Yusup Hakimov, Akif Ağayev, Ülvi Süleymanov, Şahvələd Məhərrəmovdur (“Bakı”).

Xəbər 941 dəfə oxundu.