İlin ən yaxşı qadın klublarının adları müəyyənləşib
2016-cı ilin ən yaxşı qadın klublarının adları müəyyənləşib.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən sorğunun qalibi “Lion” olub.

Fransa təmsilçisi (241 səs) ən yaxın izləyicisi “Volfsburq”u 140 səs qabaqlayıb. Siyahıda 3-cü yeri isə “Bavariya” (34 səs) tutub.

Sorğuda Azərbaycanı təmsil edən apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü Vüqar Xeyrullayevin ilk iki yerlə bağlı proqnozu özünü doğruldub. Onun 3-cü yerə layiq bildiyi “Portlend Torns” isə sıralamada 4-cü yerdə qərarlaşıb.

Xəbər 813 dəfə oxundu.