Naftalanda cüdo üzrə açıq şəhər birinciliyi keçirilib
Naftalanda aprel döyüşləri zamanı şəhid olmuş kapitan Vaqif Bayramovun doğum gününə həsr edilən cüdo üzrə açıq şəhər birinciliyi keçirilib.

Yarış şəhər icra hakimiyyəti, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə dövlət himni səsləndirilib, şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər şəhid Vaqif Bayramovun keçdiyi şərəfli həyat yolundan söz açıblar.
Sonra yarış iştirakçıları Naftalan şəhər Xatirə kompleksini və şəhidin qəbirüstü abidəsini ziyarət ediblər.

Yarışda Naftalan, Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərindən, Tovuz, Şəmkir, Goranboy, Ağdam və Bərdə rayonlarından 100-dən çox idmançı qüvvəsini sınayıb.

Birinci yerə Naftalan, ikinci yerə Goranboy, üçüncü yerə isə Gəncə şəhərini təmsil edən komandalar çıxıb.
Qaliblər diplom və medallarla təltif ediliblər.

Xəbər 698 dəfə oxundu.