Kriştiano Ronaldo ilin ən yaxşısı seçilib
Avropa informasiya agentlikləri arasında keçirilən sorğuda İspaniyanın “Real Madrid” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo 2016-cı ilin ən yaxşı idmançısı seçilib.

İyirmi yeddi informasiya agentliyinin iştirak etdiyi sorğuda 31 yaşlı hücumçu ingiltərəli tennisçi Endi Marreyi qabaqlayıb.

Cari ildə K.Ronaldo İspaniyanın “Real Madrid” komandasının heyətində UEFA Çempionlar Liqasının və klublararası dünya çempionatının qalibi olub.

Portuqaliyalı ulduz, həmçinin milli komanda ilə Avropa çempionu titulunu qazanıb.

Xəbər 653 dəfə oxundu.