“Neftçi” klubu iki futbolçu ilə heyətini gücləndirib
“Neftçi” klubu heyətini Azərbaycan və Gürcüstan milli komandalarında çıxış edən futbolçularla gücləndirib.

Paytaxt təmsilçisi yarımmüdafiəçi Namiq Ələsgərov və gürcüstanlı müdafiəçi Georgi Navalovski ilə müqavilə bağlayıb.

Namiq Ələsgərov “Bakı”, “Qarabağ” və “Kəpəz” klublarında və U-17, U-19, U-21 yığmalarında çıxış edib. İyirmi bir yaşlı futbolçu hazırda Azərbaycan milli komandasının üzvüdür.

Georgi Navalovski isə “Dinamo” (Tbilisi), “Olimpi”, “Dila” (hər üçü Gürcüstan), “Anji”, “Volqa”, “Ximki”, “Metallurq-Kuzbass”, “SKA-Energiya”, “Tosno” (hamısı Rusiya) və Yunanıstanın “Veriya” klublarında forma geyinib. 2010-cu ildə Bakının “İnter” klubunun şərəfini qorumuş 30 yaşlı futbolçu Gürcüstan milli komandasının heyətində 19, U-21 yığmasında 9 oyun keçirib.

Xəbər 683 dəfə oxundu.