“Panionios” Arazsız uduzdu
Yunanıstan Superliqasında XXIII turun oyunlarına start verilib. İdman.com.az saytının xəbərinə görə, həmyerlimiz Araz Abdullayevin formasını geyindiyi “Panionios” öz meydanında "Atromitos"la qarşılaşıb. Son turlar uğursuz çıxış edən "Panionios"u bu görüşdə də qələbəyə həsrət qalıb. Arazın ehtiyatda qaldığı oyunda komandası 1:2 hesabı ilə uduzub.
Bu yenilgidən sonra "Panionios" 23 xalla turnir cədvəlində 10-cu yeri tutur.

Xəbər 1006 dəfə oxundu.