Robert Levandovski Polşada rəqib tanımır
Polşa milli komandasının və "Bavariya" klubunun hücumçusu Robert Levandovski öz ölkəsinin ən yaxşı futbolçusu seçilib.

28 yaşlı forvard 69 xal yığaraq altıncı dəfə bu titula yiyələnib.

R.Levandovski “Bayern” (Münxen) klubunun heyətində cari mövsümdə keçirdiyi 24 matçda iyirmi dəfə fərqlənib, dörd dəfə isə məhsuldar ötürmə müəllifi olub.

Xəbər 842 dəfə oxundu.